31 yaşlı qadın dağdan yıxılaraq ölüb


20:12     26 Aprel 2019 2019/04/59C468A9-3141-4374-AB52-29FD3729E9C6_1556294662.jpeg

Göygöl rayonunda 31 yaşlı qadın dağdan yıxılaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Göygöl rayonunda dağlıq ərazidə yüksəklikdən yıxılan 1988-ci il təvəllüdlü Yusifova Aygün Xaliq qızının meyitinin çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri A.Yusifovanın meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 327