Bakıda piyadanı maşın vurdu


20:45     26 Aprel 2019 piyada2.jpg


Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Femida.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Xətai prospekti 25 saylı ünvanın qarşısında 1989-cu il təvəllüdlü Xanbutayev Zaur Əli oğlu idarə etdiyi "KİA Sorento" markalı avtomobillə piyada, 1951-ci il təvəllüdlü Abasov İsmayıl İbrahim oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 317