Yevlaxda oğurluğa gələn şəxslər evi yandırdı


12:00     27 Aprel 2019 2019/04/ev-_yangin_1556352397.png

Aprelin 25-də saat 3 radələrində Yevlax rayonunun B.Kərimov küçəsində, N.Cavadovun yaşadığı evdə yanğın baş verib.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, nəticədə 60 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb. Yevlax RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla evdən 3000 manat dəyərində məişət əşyalarının oğurlanması və sonradan yandırılması müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunan İ.Məmmədov və E.Qocayev saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 354