Xaçmazda canavarlar kəndə hücum edib


15:45     27 Aprel 2019 canavar1.jpg

Xaçmaz rayonunda canavarlar fərdi təsərrüfata hücum edib.



Femida.az Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Bəbəli kəndinin sakini Rəhman Məmmədovun təsərrüfatında baş verib. Gecə saatlarında canavarlar tövləyə soxularaq 15 baş qoyun-quzunu parçalayaraq öldürüb, 15-ni isə yaralayıb.

Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gəlib. Ölmüş heyvanlardan nümunə götürülərək, ərazidə dezinfeksiya işləri aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 523