DİQQƏT! - Məhkəmə ekspertiza mərkəzi işçi axtarır


10:58     29 Aprel 2019 19_04_29_1556521395.jpg


Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.

Femida.az xəbər verir ki, vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində kimya, fizika, biologiya, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi (yol hərəkətinin təşkili və təhlükəsizliyi), əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi, mühasibat uçotu və audit, iqtisadiyyat, maliyyə, elektrik mühəndisliyi, mexanika mühəndisliyi, yer quruluşu, torpaq və şəhər kadastrı, inşaat mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, kompüter mühəndisliyi, psixologiya ixtisasları üzrədir.

Mərkəzə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və qanunvericiliyin tələblərinə cavab verən ali təhsilli, yüksək hazırlığa və təcrübəyə malik Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Arzu edənlər 2019-cu ilin aprel ayının 25-dən etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda:

- Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında
(Bakı şəhəri, Xəqani küçəsi, 24, tel: (012) 498-09-71);
- Mərkəzin Gəncə regional bölməsində
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (0222) 65-18-96);
- Mərkəzin Şəki regional bölməsində
(Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (+99470) 229-30-29);
- Mərkəzin Şirvan regional bölməsində
(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91)
təqdim edə bilərlər.

Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmiş, habelə Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə veriləcəkdir.
Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.

Femida.az

Açar sözlər: #ədliyyə  

Oxunub: 5019