Həbsxanaya poçt vasitəsilə narkotik keçirmək istədi
11:15 12 Noyabr 2021
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanaya və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Bu barədə Femida.az -a Xidmətdən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 32.5; 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Qobustan həbsxanasında cəza çəkən məhkum Vüqar Müzəffər oğlu Məmmədova vətəndaş Fərid Xalid oğlu Məmmədov tərəfindən poçt vasitəsilə göndərilən sovqata baxış keçirilən zaman orada olan 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 0,361 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,653 qram olan heroin aşkar edilib.
Femida.az
Oxunub: 683
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara çağırış edib
- Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb
- Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib - FOTO
- Ədliyyə Nazirliyinin işçilərinin maaşlarına əlavələr ediləcək
- Ədliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə seminar keçirib
- Ədliyyə Nazirliyi təlimlərə başladı
- Ədliyyə Nazirliyinin İcra baş idarəsində struktur dəyişikliyi olub
- Ədliyyə Nazirliyi fəaliyyət göstərməyən partiyaların adlarını açıqlayıb
- Ədliyyə Nazirliyində qələbəyə həsr olunan kollegiya iclası keçirilib