Daha bir ölkədə "Formula 1"in keçirilmə müddəti uzadılıb


18:17     30 Aprel 2019 formula%2015.jpg

"Formula 1" üzrə İtaliya Qran-prisinin 2024-cü ilədək Montsada keçirilməsinə dair razılıq əldə edilib.


Femida.az-ın məlumatına görə, bununla əlaqədar İtaliya Avtomobil Klubu (ACI) və "Formula One" rəhbərliyi arasında müqavilə bağlanılıb. İtaliya Qran-prisi bu il 6 - 8 sentyabrda Montsada 90-cı dəfə təşkil olunacaq.

Daha əvvəl ACI-nin rəhbəri Anjelo Stikki Damiani Montsa trasının yenidən qurulmasına 100 milyon avro lazım olduğunu açıqlayıb.

Qeyd edək ki, fevralın 5-də Azərbaycan Qran-prisinin 2023-cü ilədək uzadılmasına dair razılıq əldə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 437