Bu marşrut xətlərində gecikmələr ola bilər – XƏBƏRDARLIQ


10:38     01 May 2019 19_05_01_1556692776.jpg

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.


Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Femida.az -a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin alternativ yol qismində Xırdalan dairəsindən istifadə etdiklərini və Bakı-Sumqayıt yolunda müvəqqəti sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq 501, 502, 503, 504, 533, 511, 551, 553 və 567 saylı marşrut xətləri üzrə avtobuslarda gecikmələr müşahidə oluna bilər.

Məhdudlaşmanın 1 may tarixində axşam saatlarınadək davam edəcəyini sərnişinlərimizin anlayışla qarşılamalarını xahiş edirik.

Açar sözlər:

Oxunub: 256