Öz işçisi “OBA” marketi qarət etdi


16:49     01 May 2019 19_05_01_1556715162.jpg

Bakıda gənc çalışdığı mağazanın seyfindəki pulları oğurlamağa çalışıb.


Bu haqda Femida.az -a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə aprelin 30-da 08:00 radələrində “OBA” marketlər şəbəkələrindən birində törədilib.

26 yaşlı Zeynallı Nicat Abuzər oğlu Azadlıq prospekti 108 ünvanında fəaliyyət göstərən marketə daxil olaraq, ülgüclə 27 yaşlı Quliyeva Fatimə Bəhram qızını hədələyib və ondan mağazanın seyfini açmasını tələb edib.

Qız tələbi yerinə yetirib. N.Zeynallı seyfdən 2400 manat götürdükdən sonra hadisə yerindən qaçsa da, tezliklə 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, saxlanılan şəxs elə həmin mağazada çalışıb.

Açar sözlər:

Oxunub: 283