Daha 3413 vərəsəyə birdəfəlik ödəmə veriləcək


11:12     03 May 2019 004m0mlhn2bq5amjo0ejku1lg0emek-ve-sosial-mudafie-nazirliyi4.jpg

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Bu barədə Femida.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Verilən məlumata görə, ƏƏSMN-də fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 2350 şəhid üzrə 3413 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

Onların siyahısı birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib və birdəfəlik ödəmələrin 7 iş günü ərzində həmin vərəsələrin bank hesablarına köçürülməsi nəzərdə tutulur.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan artıq 70 faizdən çox hissəsinin, yəni 8688 şəhidin 12685 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Femida.az

Açar sözlər: ƏƏSMN   Vərəsə  

Oxunub: 362