Azərbaycanlı məktəblilər olimpiadada 5 medal qazanıb


14:13     04 May 2019 19_05_04_1556959447.jpg

Moldovanın paytaxtı Kişinyov şəhərində 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO 2019) keçirilir.

Femida.az xəbər verir ki, 30 aprel – 5 may tarixlərində keçirilən olimpiadada ölkəmizi Abbas Məmmədov, Fərid İsmayılov , Fuad Anzurov, Murad Ağazadə, Ramil Cəbiyev və Anar Rzayev adlı məktəbliləridən ibarət 6 nəfərlik komanda təmsil edir.

Azərbaycanlı məktəblilər olimpiadada uğurla çıxış edib. Belə ki, komandanın üzvləri 4 gümüş, 1 bürünc medal qazanıblar

Qeyd edək ki, olimpiadada qazanılan medalların sayına görə toplanan xal tarixdə ən yaxşı nəticəmiz sayılır.

Açar sözlər:

Oxunub: 363