Gəncədə yanğın: Sakinlər təxliyə olunub


10:23     05 May 2019 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Gəncə şəhərinin Nizami rayonunda yanğın baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində 6 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #fhn  

Oxunub: 335