İsrail “Anadolu” agentliyinin binasını atəşə tutdu
11:14 05 May 2019
İsrail ordusu Qəzzada “Anadolu Agentliyi”nin ofisinin yerləşdiyi binanı havadan atəşə tutub.
Femida.az xəbər verir ki, agentlik işçilərinin vəziyyətlərinin yaxşı olduğu, hücum zamanı hər hansı insan tələfatı ilə bağlı dəqiq məlumat olmadığı bildirilir.
Qeyd edilir ki, İsrail ordusu Qəzzadan atılan raketləri əsas göstərərək ötən gündən başlayaraq bölgəyə hava hücumu təşkil edib. Hücum zamanı 1 uşaq, 1 hamilə olmaqla, 3 fələstinli ölmüş, azı 12 nəfər isə yaralanmışdı.
Fələstin hökuməti baş verənlərlə bağlı “AA ofisinin hədəf alınması, şahidlərin uzaqlaşdırılmasına cəhddir və İsrailin Qəzzaya yönələn qətliamlarına hazırlıqdır” açıqlamasını yayıb.
Prezident Rəcəb Tayyip Ərdoğan isə Anadolu Agentliyinin idarə heyətinin sədri Şenol Kazancıya zəng edib.
Türkiyə XİN-i açıqlamasında İsrail hücumuna qarşı beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
Femida.az
Oxunub: 391
Oxşar xəbərlər
- Azərbaycan İsraillə hava əlaqələri haqqında saziş imzalayıb
- Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib
- İsrail Dəməşqdən cənubda yerləşən hədəflərə raket zərbəsi endirib
- Ukrayna İsraildən “Dəmir günbəz” almaq istəyir
- Putin Lavrovun sözlərinə görə İsrailə üzrxahlıq edib
- İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
- Azərbaycan XİN İsraili təbrik edib
- Prezident İlham Əliyev israilli həmkarını təbrik edib
- İsrail bu ölkəni vurdu
- İsrail raket atəşinə məruz qalıb