İsrail Dəməşqdən cənubda yerləşən hədəflərə raket zərbəsi endirib


14:14     10 İyun 2022 22_06_10_1654846956.jpg

İsrail hərbçiləri Suriyanın paytaxtı Dəməşqdən cənubda yerləşən hədəflərə bir neçə raket zərbəsi endirib.

Femida.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Məlumata görə, Suriya hava hücumundan müdafiə sistemləri İsrailin işğal etdiyi Holan təpələri bölgəsindən buraxılmış raketlərin çoxunu vurub. Bir dinc sakin yaralanıb. Zərbələr yerli vaxtla saat 4:20-də endirilib.

Bunun bu həftə ərzində İsrail tərəfindən Suriyaya qarşı ikinci hücum olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 389