Ötən il 137 talassemiya xəstəsinə əlillik təyin edilib
10:11 08 May 2019
8 may dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.
Talassemiya əlillik və ya sağlamlıq imkanları məhdudluq təyinatı üçün göstərici hesab edilən anadangəlmə, irsi qan xəstəliyidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, ötən il Azərbaycanda 137 talassemiya xəstəsinə əlillik və bu xəstəliyi olan 145 uşağa sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb.
Cari ilin yanvar-aprel aylarında isə 70 şəxsə, o cümlədən talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi, 41 uşağa sağlamlıq imkanları məhdudluğu təyin edilib.
Xəstəliyin dərəcəsindən asılı olaraq həmin şəxslərə I, II və III dərəcə əlillik təyin olunur.
Oxunub: 414
Oxşar xəbərlər
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 6 nəfər yaralanıb
- Ötən ay sərhəd rеjim qaydalarını pozan 646 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb
- Ötən gün yol qəzalarında 7 nəfər ölüb
- Ötən ay vaksin vurdurmaq üçün növbə götürənlərin sayı açıqlanıb
- Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Ötən il Azərbaycanda müsadirə edilən əmlakların sayı açıqlanıb