Bərdədə məcburi köçkünün evi qarət olundu


18:17     09 May 2019 19_05_09_1557411512.jpg

Bərdə rayonunda mənzildən oğurluq olub.

Hadisə rayonun Meşəçilik institutu ərazisində məcburi köçkünlərin məskunlaşdığı yerdə baş verib.

Ağdam rayonundan olan məcburi köçkün Xəyalə Məmmədovaya məxsus fərdi yaşayış evindən naməlum şəxs yaxud şəxslər tərəfindən 1200 manat pul və qızıl-zinət əşyaları oğurlanıb. Hadisə günorta saatlarında mənzildə heç kimin olmadığı vaxtda baş verib.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.(Oxu.az)

Açar sözlər:

Oxunub: 306