Daha iki paracüdoçumuz yarımfinalda


14:54     13 May 2019 2019/05/trend-1557744105-(1)_1557744963.jpg

Azərbaycanın daha iki idmançısı Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının yarımfinal mərhələsinə yüksəliblər.


Femida.az xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində mübrizə aparan Afaq Sultanova ilk mərhələdən azad olub. O, dörddəbir final mərhələsində rusiyalı cüdoçu Nataliya Ovçinnikovanı məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Səkkizdəbir final mərhələsində ABŞ idmançısı Marissa Arndtı məğlub edən Sevda Vəliyeva isə növbəti görüşdə Özbəkistan cüdoçusu Parvina Samandarovaya qalib gələrək yarımfinala adlayıb. Finalda cüdoçularımızın rəqibi Braziliya idmançıları olacaq.

Açar sözlər:

Oxunub: 402