Bakıda yeznəsini öldürən şəxsə hökm oxunub


15:52     15 May 2019 hokm03.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub

Məhkəmənin hökmü ilə o, 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 20-də Bakının Yasamal rayonunda baş verib. Evin qarşısında 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən hadisə yerində ölüb.

Daha sonra Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə öldürülən şəxsin həyat yoldaşının qardaşı, 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu gələrək qətli törətdiyini etiraf edib.

Saxlanılan şəxs bildirib ki, yeznəsini münasibətlərinə aydınlıq gətirərkən öldürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 582