Arif Qazıyevin adının keçdiyi iş məhkəməyə qaytarıldı

Arif Qazıyevin adının keçdiyi iş məhkəməyə qaytarıldı


21:12     15 May 2019 19_05_15_1557940504.jpg

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iş hərəkətsiz saxlanılıb, birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.

Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Ə.Əbdüləziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əbdüləziz 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.

Femida.az

Açar sözlər:

Oxunub: 198