Nazarbayev bu statusundan imtina etdi
16:34 16 May 2019
Nursultan Nazarbayev Qazaxıstanın “birinci prezident”i statusunun verilməsi ilə əlaqədar “narahatlıq yaratmaq” istəmir.
Bunu Nazarbayev XII Astana İqtisadi Forumunda etdiyi çıxışda bildirib.
“Mən narahatlığa səbəb oluram. “Birinci prezident”, sonra prezident deməli olursunuz. Ancaq Qazaxıstanda belə ikitərəflilik olmayacaq. Bir prezident var, başçı odur”, - deyə “Sputnik-Qazaxıstan” N.Nazarbayevdən sitat gətirib.
Nursultan Nazarbayevin sözlərinə görə, o, qarşıdakı seçkilərdə öz namizədliyini irəli sürə bilərdi, lakin yeni nəsil siyasətçilərə ehtiyac olduğunu düşündüyündən, bu fikrindən daşınıb.
“Növbəti rəhbərliyin tapşırığı – bütün proqramları davam etdirməkdir. “Qazaxıstan-2050” proqramına görə, biz ən inkişaf etmiş ölkələrin otuzluğuna düşməliyik, bu istiqamətdə işlər davam edir”, - deyə birinci prezident bildirib.
Oxunub: 462
Oxşar xəbərlər
- Nazarbayev Azərbaycan Prezidentini təbrik edib
- Nazarbayevin qızı oğlunun ölüm xəbərini təsdiqləyib
- Nazarbayev İlham Əliyevi təbrik edib
- Nazarbayev İlham Əliyevə məktub yazıb
- Nazarbayev də Azərbaycan Prezidentini təbrik etdi
- Nazarbayevin qızı Ermənistana getdi
- Nazarbayevin səlahiyyətləri genişləndirilir
- Nazarbayevə Türk Dünyasının Ali Ordeni verilib
- Nazarbayev Polad Bülbüloğluna təşəkkür edib
- Nazarbayev istefaya getməsinin səbəblərini açıqladı