Bakıda 35 tələbə yataqxanası var - 25 binada məcburi köçkünlər məskunlaşıb


09:57     18 May 2019 telebe%20yataqxana.jpg


“Hazırda Bakı şəhərində yerləşən və Təhsil Nazirliyinin tabeliyində olan 13 ali təhsil müəssisəsinin 35 yataqxana binası mövcuddur”.

Femida.az xəbər verir ki, Bu barədə ONA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Bunlardan 3-ü təmirli (1300 çarpayılıq), 7-si təmirsizdir (850 çarpayılıq). 25 binada məcburi köçkünlər məskunlaşıb.

Təhsil Nazirliyinin tabeliyində olmayan digər ali təhsil müəssisələrinin yataqxanalarında 2100-ə yaxın çarpayılıq yer var.

Hazırda Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç yataqxanasının əsaslı təmir işləri başlanılıb, Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri üçün isə layihə-smeta sənədləri hazırlanır. Təmirin cari ildə başlanması nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 632