Bakıda ticarət mərkəzində yanğın - Xsarət alanlar var

Bakıda ticarət mərkəzində yanğın - Xsarət alanlar var


21:21     18 May 2019 balekende%20yangin%20oldu%20femida0.jpg

Bakıda ticarət mərkəzində yanğın olub.

Femida.az xəbər verir ki, hadisə Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Zagulba Mall"da, "Favorit" marketin zirzəmisində baş verib.

Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 341