Bakıda 4 nəfər köməksiz vəziyyətdə qaldı - İkisi azyaşlıdır


10:10     23 May 2019 2019/01/fhn_komek_1548916620.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov və Nəsimi rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Femida.az

Açar sözlər: #FHN   #Lift  

Oxunub: 368