Bakıda evdən fantastik məbləğdə pul oğurlanıb


12:27     23 May 2019 ogru%20ev.jpg

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb.


ONA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Ş.Qurbanov küçəsi ev 159 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1985-ci il təvəllüdlü Məcid Akif oğlu Hacıyev Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 130 min dollar, 10 min avro və 40 min manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 413