Həbsdən çıxan kişi qaçırdığı qıza zülm etdi
19:56 23 May 2019
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ş.Əsədov 16 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il Şamaxı rayonunun Meysəri kəndində kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvəllər məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adamöldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Femida.az
Oxunub: 483
Oxşar xəbərlər
- Həbsdən çıxan 67 nəfərə pul verildi
- Həbsdən çıxan kişi arvadının qanını tökdü - Təfərrüat
- Həbsdən buraxılan Vidadi Zeynalovun səhhətində problem yaranıb - Qardaşından açıqlama
- Həbsdən azad edilmiş şəxslər barədə vacib - QƏRAR
- Həbsdən çıxan Zamirə Hacıyevanın yeni FOTOLARI
- Həbsdən çıxan valideynini gözləyən qızcığaz - GÜNÜN FOTOSU!
- Həbsdən azad edilənlərin sayı artıb
- Həbsdən çıxan şəxs narkotiklə tutuldu