Ermənistan boks federasiyası Azərbaycanın tərəfini saxladı - Mxitaryan məsələsində


15:16     25 May 2019 19_05_25_1558783541.jpg

“Arsenal”ın futbolçusu Henrix Mxitaryanın Bakıda Avropa Liqasının finalına getməyəcəyi barədə açıqlaması Ermənistanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Femida.az Trend-ə istinadən xəbər verir ki, Ermənistan Boks Federasiyasının mətbuat katibi Yervand Akopyan öz “Facebook” səhifəsində bu qərarı tənqid edib:

“Azərbaycan və UEFA-nın ünvanına tənqidlər ağlasığmazdır. Onlar bütün təhlükəsizlik təminatlarını təqdim ediblər. Mxitaryan özü getməmək qərarı verib”.

Bu yazını şərh edənlərdən biri isə H.Mxitaryanı “qorxaq” adlandırıb və xatırladıb ki, erməni güləşçilər Bakıya 2007-ci ildə dünya çempionatı və 2015-ci ildə Avropa oyunlarında iştirak edib.

Femida.az

Açar sözlər: #Ermənistan  

Oxunub: 601