Bakıda turistin qaldığı ev qarət olundu


16:02     27 May 2019 ogurluq.jpg


Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində baş verib.

Bakıya turist kimi gələn İraq vətəndaşı, 1982-ci il təvəllüdlü Qusay Casim Kareem polisə müraciət edərək bildirib ki, mayın 26-da onun yataq otağından masanın üstündən "Samsung" markalı mobil telefon, onunla birlikdə qalan 1988-ci il təvəllüdlü Səfa Hüseyn Kəriminin isə mobil telefonu və şalvarının cibindən 2000 dollar oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 322