Seçki qutusu aparılan evdə müəmmalı qətl


02:15     02 Noyabr 2015 1440672382_qad.jpg


Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda qətl törədilib. 3 saylı orta məktəbin Səbahət Quliyeva adlı müəlliməsi evində öldürülüb.

Femida.az atv.az-a istinadən xəbər verir ki, onun meyitini həmin evə daşınan seçki qutusu aparan şəxslər aşkarlayıblar.

Hadisə rayonda PMK-42 adlanan ərazidə yaşayan Quliyevlər ailəsinin evində qeydə alınıb. Sakinlərin bildirdiyinə görə, ərazi üzrə seçki məntəqəsinin üzvləri Parkinson xəstəliyiindən əziyyət çəkən yataq xəstəsi Natiq Quliyevin səs verməsi üçün onların evinə gediblər. Lakin evə daxil olarkən Natiqin həyat yoldaşının cəsədini aşkarlayıblar.

Yataqda xəstə yatan Natiq Quliyevin isə müxtəlif xəsarətlər aldığının şahidi olublar. Vəziyyəti görən şəxslər rayon polis şöbəsinə və mərkəzi rayon xəstəxanasına xəbər veriblər.

Natiq Quliyev hazırda rayon xəstəxanasında koma vəziyyətindədir. Ailənin 2 qızı 1 oğlu var. Onların övladları Bakı şəhərində yaşayır.

Açar sözlər:

Oxunub: 1561