Avroliqa finalında tamaşaçıların daşınması üçün avtobuslar ayrılıb


17:46     28 May 2019 trend_olimpiya_stadionu_tikinti_010415_18.jpg

Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun “28 May” stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər. Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 490