MSK sədri Leonid Slutskiylə görüşdü
03:57 02 Noyabr 2015
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının komitə sədri və MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutski noyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşüb.
Femida.az-ın məlumatına görə, rusiyalı qonağı salamlayan MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilər günündə keçirilən görüşdən məmnunluğunu ifadə edib. Eyni zamanda, vurğulayıb ki, rəhbərlik etdiyi qurum hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlığa, qarşılıqlı faydalı münasibətlərə əhəmiyyət verir.
Leonid Slutski Mərkəzi Seçki Komissiyasında olmaqdan şad olduğunu və səmimi qəbula görə təşəkkürünü bildirib. Rusiya Dövlət Dumasının komitə sədri qeyd edib ki, gün ərzində müşahidə etdiyi seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmayıb, seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə etdiyinin şahidi olub. Bugünkü seçkilər bir daha göstərdi ki, Azərbaycanda keçirilən seçkilərdə ilbəil daha böyük irəliləyişlərə nail olunur.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.
Oxunub: 830
Oxşar xəbərlər
- MSK-nın iclası keçirilib
- MSK sabah referenduma yekun vuracaq
- MSK: `Seçici fəallığı 69,7 faiz olub`
- MSK sədri də səs verdi
- MSK və DİN zona müşavirəsi keçirdi
- MSK YAP-ın təşviqat qrupunu qeydə aldı
- MSK-da referendumla bağlı ekspert qrup yaradılıb
- MSK Ağdaşdakı seçkilərə yekun vurdu
- MSK sədri AŞPA nümayəndələri ilə görüşdü
- MSK İlqar Məmmədovun şikayətini təmin etmədi