Bakı finalında 23 dəqiqədə 5 qol - ÇEMPİON "ÇELSİ"


00:46     30 May 2019 19_05_30_1559162548.jpg

UEFA Avropa Liqasının Bakıda keçirilən final qarşılaşması başa çatıb.

Femida.az xəbər verir ki, iki London klubu - "Arsenal" və "Çelsi"nin qarşılaşdığı matçda qalib gələn tərəf ikincilər olub: 4-1.

Qeyd edək ki, matçın bütün qolları ikinci hissədə vurulub.

"Zadəganlar"ın qollarına Olivye Jiru (49), Pedro Rodriqes (60), Eden Hazard (65 - penalti,72 ) imza atıb. "Topçular"ın yeganə qolunun müəllifi isə Aleks İvobi (69) olub.

Beləliklə, "Çelsi" Bakı finalının qalibi olaraq, titullar siyahısına daha birini əlavə edib.

Xatırladaq ki, matçdan öncə "Arsenal" rəhbərliyi finalın Bakıda keçirilməsinə etiraz etmiş, eləcə də erməni futbolçu Henrix Mxitaryanı Bakıya gətirməmişdi.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #UEFA   #final   #Bakı   #Avropa   #futbol  

Oxunub: 1181