Nazir və müavinləri İsmayıllıda qəbul keçirdi


13:31     31 May 2019 2018/05/muxtar_1525180918.jpg

Mayın 31-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.


Femida.az xəbər verir ki, həmin gün nazirin müavinləri Firdovsi Əliyev Oğuz, Rauf Hacıyev isə Şəki şəhərindən olan vətəndaşlarla görüşüb.

Qəbullar zamanı meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 359