Qadın sürücü icarəlik avtomobillə qəza törədib, xəsarət alanlar var


10:15     03 İyun 2019 2019/06/qeza-avto_1559542589.jpg

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


ONA xəbər verir ki, Zərifə Əliyeva küçəsində "Kia" markalı avtomobili idarə edən xanım sürücü işıqforun qırmızı işığında hərəkətinə davam edib.

Bu zaman onun avtomobili A.Bakıxanov küçəsi ilə hərəkətdə olan "BMW" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Kia" yol kənarındakı səkiyə dəyib. Qəza nəticəsində "Kia" sürücüsü və bir sərnişin xəsarət alıb. "BMW"-nin sürücüsü isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.



Açar sözlər:

Oxunub: 865