Dünya Bankı Azərbaycana yeni regional direktor təyin etdi


18:00     03 İyun 2019 2019/06/d9995812-e48e-4141-9e1c-391480d6ed3c_1559566811.jpg


Dünya Bankının Azərbaycan üzrə yeni regional direktoru təyin olunub.


Femida.az Report-a istinadən xəbər verir ki, bu, Sebastian Molineusdur.

O, indiyə qədər Dünya Bankının maliyyə, rəqabətlilik, innovasiya üzrə qlobal təcrübəsinə rəhbərlik edib və yeni vəzifəsində Mersi Tembonu əvəzləyib.

Onun iyulun 1-də vəzifəsinin icrasına başlayacağı, sələfinin isə əmək fəaliyyətini Banqladeşdə davam etdirəcəyi bildirilir.

Femida.az

Açar sözlər: #bank  

Oxunub: 390