“Nadzor”u güllələyən Penitensiar Xidmətin əməkdaşı imiş


10:24     04 İyun 2019 2019/06/1556864057_nadzor_1559629560.jpg

Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyən 1990-cı il təvəllüdlü Kəramət Məmmədlini başından güllələyərək öldürən şəxs saxlanılıb.



Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, K.Məmmədlini Şəmkir rayonu, Bayramlı kəndində yaşadığı evdə elə öz həmkarı, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı güllələyib. Ailəsindən boşanan K.Məmmədli evdə tək yaşayırmış.

İstintaqın ilkin mərhələsi olduğu üçün şübhəli şəxsin ad, soyadı açıqlanmır.

Şəmkir Rayon Prokurorluğundan bildirilib ki, bu hadisə ilə bağlı cinayət işi onlardan alınaraq Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir.

K.Məmmədlinin qətli ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Hadisəni törədən şəxs gizləndiyi üçün axtarışa verilmişdi.

Femida.az

Açar sözlər: #Cinayət   #Qətl   #Ölüm  

Oxunub: 1350