Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
10:53 23 Sentyabr 2022
Sumqayıtda “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı fəhlə Güloğlan Allahverdiyev hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb.
Bu barədə Femida.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 22-si saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə istintaq hərəkətləri davam etdirilir.
Oxunub: 827
Oxşar xəbərlər
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
- Sumqayıtda avtomobil yanıb
- Sumqayıtda avtomobilin vurduğu gəncin ayağı sınıb
- Sumqayıtda zibillərin daşınmamasına şirkət direktoru cərimələnib