Azərbaycan Cənubi Koreyada nümayəndəlik açır


12:05     04 İyun 2019 2019/06/fuad-nagiyev123_1559635726.jpg

Azərbaycan Dövlət Turizm Agentliyinin Cənubi Koreyada nümayəndəliyi açıla bilər.



Femida.az-ın məlumatına görə, bunu agentliyin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda agentliyin əməkdaşları Cənubi Koreyadadırlar: “Yəqin ki, yaxın zamada Turizm Agentliyinin Cənubi Koreyada nümayəndəliyi açılacaq”.

O bildirib ki, bu bazar Azərbaycan üçün prioritetdir: “Azərbaycanda olan mədəni irs Asiyadan olan turistlər üçün çox maraqlıdır”.

Femida.az

Açar sözlər: #Agentlik   #Koreya  

Oxunub: 363