"Bu il 69 minə yaxın şəxs işlə təmin edilib" - Agentlik


10:58     12 Noyabr 2021 2021/11/C6A4046E-F642-4DD7-A2D9-76FE26D26CA5_1636706026.png

Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 68,5 min işsiz və işaxtaran şəxsi işlə təmin edib.

Agentlikdən Femida.az - a verilən məlumata görə, özünüməşğulluq proqramının bu il 16 min şəxsi əhatə etməsi nəzərdə tutulub ki, cari ilin 10 ayında onlardan artıq 12625-i proqrama cəlb edilib.

Digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb. Proqrama müraciət edənlərin elektron reyestri, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilib. Həmçinin proqrama aid e-platforma yaradılaraq, aktiv alanların sənədləri və aktivlərin verilməsi prosesinə aid foto, video çəkilişlər ictimaiyyətə açıqlanır.

Femida.az

Açar sözlər: #İş    

Oxunub: 315