İcra başçısının evinə oğru girib


16:44     04 İyun 2019 19_06_04_1559652320.jpg

Gürcüstanda icra başçısının evinə oğru girib.


APA-nın Gürcüstan bürosu xəbər verir ki, hadisə Rustavi rayonunun meri İrakli Tabaquanın Qori bələdiyyəsinə tabe olanTortiza kəndindəki evində baş verib.

Evə daxil olan oğrular bəzi məişət əşyalarını götürüblər.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyioğurluq maddəsi ilə cinayət işi başladıb. Oğruları 4 ildən 7 ilədək həbs gözləyir.

Açar sözlər:

Oxunub: 423