Yunanıstan Almaniyadan təzminat istəyib
22:30 04 İyun 2019
Yunanıstanın Almaniyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib.
Femida.az “Ekathimerini”yə istinadən xəbər verir ki, Yunanıstan İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası tərəfindən işlənmiş hərbi cinayətlər üçün təzminat ödənilməsini tələb edir.
Danışıqların başlanması təklifi irəli sürülən notada məsələnin yunan xalqı üçün mənəvi və maddi baxımdan böyük əhəmiyyət daşıdığı vurğulanır.
Məsələ ilə bağlı Yunanıstan XİN-in açıqlamasında bildirilir: “Yunanıstan və vətəndaşlarının Birinci və İkinci Dünya müharibələri zamanı çəkdikləri zərərin, Almaniya işğalından zərəçəkənlərə və onların vərəsələrinə çatacaq təzminatı ödəməyi, habelə taladıqları və qanunsuz yolla çıxardıqları arxeoloji və s. sərvətləri geri qaytarmağı tələb edirik”.
Yunanıstan parlamenti aprelin 17-də hökumətə Almaniyadan İkinci Dünya müharibəsi dövründəki işğal üçün 309,5 milyard avro, Birinci Dünya müharibəsi dövründə vurulan zərərə görə isə 9,2 milyard avro məbləğində təzminat tələb etməyi tapşıran qətnamə çıxarmışdı.
Oxunub: 527
Oxşar xəbərlər
- Yunanıstanda COVID-19 ilə bağlı saxta xəbər yayanlar məsuliyyətə cəlb olunacaq
- Yunanıstan XİN Azərbaycana təşəkkür edib
- Yunanıstanlı akademiklər Prezidentə məktub göndərdi
- Yunanıstandan muzdlu döyüşçülər Qarabağa gəlir
- Yunanıstan Prezidenti Ermənistana səfər edəcək
- Yunanıstana qaçqın axını çoxalıb
- Yunanıstan sahillərində zəlzələ olub
- Yunanıstan səfirinin meyiti tapılıb
- Yunanıstanda zəlzələ - Kilsə dağılıb
- Yunanıstanda nazirliyin binasına saxta bomba göndərdilər