Həyətində narkotika becərən rayon sakini saxlanıldı
11:37 06 İyun 2019
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mollavaizli kənd sakini Namiq Mehdiyev saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 278 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Femida.az
Oxunub: 499
Oxşar xəbərlər
- Həyətində toy edən cərimələndi
- Həyətində 74 nəfərlik toy məclisi keçirən şəxs cərimələnib
- Həyətində çətənə əkən keçmiş məhkum tutuldu
- Həyətində narkotik becərən Xızı sakini saxlanıldı
- Həyətində narkotik əkən şəxs saxlanıldı
- Həyətində çətənə becərən Xaçmaz sakini tutuldu (FOTO)
- Həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
- Həyətində xaş-xaş əkən şəxs saxlanıldı
- Həyətindən 120 kiloqrama yaxın narkotik çıxdı - Foto
- Həyətində çətənə əkən Gəncə sakini saxlanıldı