Xəzər dənizində zəlzələ olub


11:23     07 İyun 2019 zelze%20444.jpg

Bu gün saat 09:27-də Xəzər dənizində zəlzələ qeydə alınıb.



Femida.az xəbər verir ki, Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Maqnitudası 4,7 bal olan zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

Yeraltı təkanların episentri yerin 62 kilometr dərinliyində yerləşib.

Qeyd edək ki, iyunun 5-də Xəzər dənizində 4,8 bal gücündə zəlzələ olmuşdu.

Femida.az

Açar sözlər:

Oxunub: 293