Moldovada parlament buraxıldı - Ölkə növbədənkənar seçkilərə gedir


13:22     09 İyun 2019 2019/06/A07D65CF-DDC7-4540-B789-A0355EC508BD_1560072418.jpeg

Moldovada prezident vəzifələrini icra edən Pavel Filip parlamentin buraxılması və növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb.

Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, sözügedən fərmanı brifinq zamanı jurnalistlərin qarşısında imzalayıb.

“Konstitusiya Məhkəməsi parlamentin buraxılması şərtlərini təsdiqlədi. Sizin qarşınızda prezident seçkilərinin sentyabrın 7-də keçirilməsi haqda fərman imzalayıram”, - Filip deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 458