15 yaşlı qız intihar etdi - Ağcabədidə DƏHŞƏT


12:42     10 İyun 2019 2019/06/intiharq_1560156338.jpg

Ağcabədidə intihar hadisəsi baş verib.


Femida.az Azvision.az-a istinadən xəbər verir ki, 15 yaşlı yeniyetmə Aytac Şirinova özünü dünən axşam saatlarına yaşadığı evin həyətində asaraq öldürüb.

Ağcabədi rayonu Qaradolaq kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Cəfərov bildirib ki, intiharın səbəbi hələ məlum deyil.

“Polis orqanları bununla bağlı araşdırma aparır. Məktəbdə ,evdə hansısa problemi olduğu deyilmir. Nümunəvi şagird olub. Ailənin 4 uşağından son beşiyi idi. Biz də belə bir faciənin hansı səbəbdən baş verdiyini biilmirik”.


Femida.az

Açar sözlər:

Oxunub: 987