Rusiya səfirindən Fuad Abbasov barədə AÇIQLAMA
13:29 10 İyun 2019
“Fuad Abbasovla bağlı məsələnin təfərrütına varmıram, amma Azərbaycan mediasının bu barədə yazdıqlarını çox oxuyuram”.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.
“Vətəndaş Fuad Abbasovun məhz hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm. Məsələ onun peşəsində yox, başqa ölkənin vətəndaşı olmasındadır. Bizə müraciətlər gəlməyə başlayanda məsələ ilə maraqlandıq. Əlimizdə Ximki məhkəməsinin qətnaməsi var. Bu qətnaməyə əsasən Fuad Abbasov Rusiya Federasiyası ərazisini 15 gün ərzində tərk etməyib və ölkə ərazisində qalmaq müddətinin uzadılması üçün ərizə verməyib”, – səfir deyib.
Fuad Abbasovun saxlanılarkən döyülməsinə dair xəbərləri şərh edən diplomat Azərbaycan səfirliyinin onunla dərhal əlaqə yaratdığını bildirərək, jurnalistə Rusiya Federasiyası ərazisinə 50 il ərzində gəlmək barədə qadağa qoyulmasından xəbərdar olmadığını söyləyib.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Bundan əvvəl Moskva Vilayət Məhkəməsi F.Abbasovun apelyasiya şikayətini təmin etməyib. O, buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Məhkəmənin qərarına görə F.Abbasov 10 gün ərzində Rusiya Federasiyası ərazisindən çıxarılmalıdır. / Report
Femida.az
Oxunub: 538
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib