Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb


10:35     26 Sentyabr 2022 22_09_26_1664174192.jpg

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlığa atəş açılması nəticəsində hərbi komissar ölüb.

Femida.az xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zini adlı şəxs saxlanılıb.

Onun hərbi komissara 6 dəfə atəş açdığı məlum olub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.

Açar sözlər:

Oxunub: 3175