Rezidenturaya qəbulun II mərhələsinə qeydiyyat başa çatır


21:21     10 İyun 2019 2019/06/C9F86CAC-022C-432D-8C54-3D15EA9FDC81_1560187245.gif

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib bu gün saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 429