Binəqədi şosesində rənglənmə işləri aparılacaq


16:59     11 İyun 2019 2018/09/rengleme-zolaq_1537428417.jpg

Bu axşam 22:00-dan səhər saatlarına kimi Binəqədi şosesində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Femida.az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


Femida.az

Açar sözlər:

Oxunub: 343