Azərbaycanla Gürcüstan arasında hərbi plan imzalandı
12:26 12 İyun 2019
İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstanın Müdafiə naziri cənab Levan İzoriya ilə görüşüb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan Müdafiə naziri, general-polkovnik Z.Həsənov Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli, NATO-nun keçirdiyi proqramlar çərçivəsində və digər sahələrdə aparıldığını qeyd edib və bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.
Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirən Gürcüstanın müdafiə naziri bunun ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu deyib.
Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Sonda Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Femida.az
Oxunub: 440
Oxşar xəbərlər
- Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib
- Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib
- Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib
- Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur
- Azərbaycanla Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçirilib
- Azərbaycanla Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
- Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
- Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılır
- Azərbaycanla NATO arasında tərəfdaşlıq məsələləri müzakirə edilib
- Azərbaycanla Türkiyə daha bir memorandum imzaladı