Aİ Azərbaycanda əlil uşaqların idmana cəlbinə dəstək verəcək

Aİ Azərbaycanda əlil uşaqların idmana cəlbinə dəstək verəcək


16:58     13 İyun 2019 araba%20elil.jpg

Bu gün Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han və UNICEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycanda ən həssas vəziyyətdə yaşayan uşaq və gənclərin hüquqlarını müdafiə etmək üçün yeni birgə təşəbbüsü təqdim edib.



UNICEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyindən Femida.az-a verilən məlumata görə, Aİ-nin 3 milyon avro vəsait ayırdığı bu təşəbbüs səhiyyə, qidalanma, erkən uşaqlıq dövründə inkişaf (EUDİ), inklüziv təhsil, uşaqların müdafiəsi, uşaqların və gənclərin inkişafı sahəsində keyfiyyətli icma və ailə-əsaslı inteqrasiya olunmuş social xidmətlərə çıxış imkanlarının genişlənməsinə dəstək olacaq.

Azərbaycanda Aİ ilə UNİCEF arasında həyata keçirilən yeni əməkdaşlığın mühüm hissəsini qızlara xüsusi diqqət yetirilməklə əlilliyi olan uşaqların idman sahəsinə cəlb edilməsi təşkil edir.

UNICEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, məqsəd keyfiyyətli xidmətləri daha çox uşaq, gənc və onların ailələrinin yararlana bilməsi üçün icmaların daxilinə gətirməkdir.

Onun sözlərinə görə, bu təşəbbüs bütün ölkədə vəziyyəti sosial baxımdan həssas olan uşaqlara geniş çeşiddə dəstəyin göstərilməsi istiqamətində icma əsaslı təşkilatların inkişafına kömək edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 163